Metrodakı ödəniş üsulu avtobuslara nə vaxt gələcək? RƏSMİ CAVAB


Digərləri 05 Kas 2025 15:48:00 74 0

Metrodakı ödəniş üsulu avtobuslara nə vaxt gələcək?  RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

Bəs, NFC ilə ödəniş sisteminin avtobuslarda da tətbiqi planlaşdırılırmı?