16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı


Digərləri 04 Kas 2025 19:32:00 78 0

16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib

/