Məktəblərdə payız tətilinin vaxtı açıqlandı


Digərləri 04 Kas 2025 16:38:00 80 0

Məktəblərdə payız tətilinin vaxtı açıqlandı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərarına əsasən, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır.

Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.

Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.