Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib FOTO
Digərləri 04 Kas 2025 15:12:00 88 0
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların icitimai birliklərinin üzvləri ilə görüş keçirilib.
Bu haberi de oku: BakıQazax yolunda yük maşını aşdı, yanğın oldu
"Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu" mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxın biznes assosiasiyanın təmsilçiləri və sahibkarlar iştirak ediblər.
Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.
Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində son illər ərzində Nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik və institusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazir dövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühüm rol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən hüquqi və institusional tədbirlərdə sahibkarların da yaxından iştirakı qarşıya qoyulan hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.
