Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
Digərləri 04 Kas 2025 15:40:00 85 0
Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslərə önəm verən Ziraat Bank Azərbaycan, ətraf mühitin qorunması məqsədilə ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramına qoşulub.
Bu haberi de oku: Bu müəllimlərə daha yüksək maaş veriləcək
Bu təşəbbüs dövlət xidmətlərində və bank əməliyyatlarında istifadə olunan kağız resurslarının daha səmərəli idarə olunmasını və ətraf mühitin qorunmasına töhfə verilməsini hədəfləyir. Əməkdaşlıq çərçivəsində, Ziraat Bank Azərbaycana məxsus baş ofisi və filiallarında ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Toplanmış kağız materialları Ziraat Bank Azərbaycan tərəfindən "Yaşıl ASAN" ekoloji proqramına təhvil verilir və oradan təkrar emal müəssisələrinə göndərilir. Bu layihə həmçinin ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşlar arasında "Yaşıl Ofis" mədəniyyətinin təşviqini hədəfləməklə yanaşı ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına yönəlir.
Qeyd etmək lazımdır ki, Bank artıq 400 kiloqramdan çox kağız tullantısını təkrar emal məqsədilə "Yaşıl ASAN" ekoloji proqramına təhvil verib. Bankın ekoloji məsuliyyətini əks etdirən bu əməkdaşlıq, Ziraat Bank Azərbaycanın davamlı inkişaf strategiyasının bir hissəsidir və "Ətraf mühitə dəyər verək" şüarı ilə həyata keçirilir.
