Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? Yeni detallar
Digərləri 04 Kas 2025 15:57:00 80 0
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.
Bu haberi de oku: "Evə saqallı kişilər gəlirdi,17 illik ailəm bir ayda dağıldı"
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.
Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib. Ətraflı
"Boz kardinal" hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.
