Hakan Fidanın müavini Suriyaya yeni səfir təyin edildi
Digərləri 24 Eki 2025 20:12:00 94 0
Türkiyə Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri davam edir. Xarici işlər naziri Hakan Fidan, bəzi səfirlərin yeni təyinatlarını açıqlayıb.
Bu haberi de oku: Bəzi çaylardan sel keçəcək
Son.az xəbər verir ki, xarici işlər nazirinin müavini Nuh Yılmaz Türkiyənin Suriyada səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda, İkili Əlaqələr üzrə Baş idarə müdiri səfir Yaprak Balkan, Türkiyənin Avropa İttifaqı yanındakı Daimi Nümayəndəsi postuna gətirilib.
Nuh Yılmaz, 28 iyulda BMT-də keçirilən "Yaxın Şərqdə vəziyyət" adlı iclasda çıxış edərək belə demişdi:
"Köhnə Suriyanın qeyri-sabitlik və terror ilə xatırlanmasına artıq imkan verilməməlidir. Barış, birlik və rifah üçün bu nəsildə bir dəfə yaranan fürsəti itirməməliyik. Suriya xalqı davamlı sülhə bir addım daha yaxınlaşıb, indi dəstək vaxtıdır."
İstanbulda doğulan Nuh Yılmaz, Orta Doğu Texniki Universitetinin Sosialogiya fakültəsini bitirib. Daha sonra Bilkent, Trent və George Mason universitetlərində magistratura və doktorantura səviyyəsində təhsil alıb, 2016-cı ildə Yıldırım Beyazıt Universitetində doktor elmi dərəcəsini müdafiə edib.
