Türkiyədə məktəblər bağlandı
Digərləri 24 Eki 2025 16:26:00 92 0
İstanbulda gözlənilən güclü leysan yağışına görə məktəblərin bu gün saat 16:00-dan etibarən bağlanacağını elan edib.
Bu haberi de oku: Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı
Son.az xəbər verir ki, rəsmi və özəl uşaq bağçaları, ibtidai, orta və lisey səviyyəsində ikili tədris sistemi ilə fəaliyyət göstərən məktəblərdə dərslər saat 16:00-dan sonra dayandırılacaq. Bu qərar leysan yağış və tıxac səbəbindən yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə verilib.
Valilikdən verilən məlumata görə, valideynlər övladlarını məktəbdən götürə biləcək, işləyən valideynlər üçün isə uşaqlarını götürənə qədər məktəb rəhbərliyi və növbətçi müəllimlər tərəfindən təhlükəsizlik tədbirləri görüləcək.
