"Dava etməsəydim, gərək tuman geyinib gəzərdim"


Şou-biznes 12 Eki 2025 18:52:00 87 0

"Dava etməsəydim, gərək tuman geyinib gəzərdim"

Xalq artisti Ağadadaş Ağayev ilk dəfə "Medera Hospital"da mühafizəçi Nurəddin Cəlilovla yaşadığı insidentdən danışıb. 

Son.az xəbər verir ki, müğənni bu haqda "Həftənin qonağı proqramında bəhs edib. O, mühafizəçi ilə yaşadığı qalmaqala görə peşman olmadığını deyib:

"Cəzalı duruma düşdüm. Bəzi şeylərin açıqlamasını verməyəcəyəm. Əgər orada evdən çıxmasaydım, gərək tuman geyinib gəzərdim. Dörd dəfə qapıma gəldi, qapını dağıdırdı ki, çıx bayıra. Bu, qəsdən idi. Orada Ağadadaş Ağayev olmaq ağlıma gələrdi? Kişi kimi doğulub, kişi kimi yaşamışam. Çıxıb əlbəyaxa olmalı idim. Şortikdə olduğumu da bilməmişəm. O, məni qıcıqlandırmaq üçün gəldi. Peşmanam, çünki efirdə ağsaqqallardan üzr istədim. Amma yenə də belə hal olsa, peşman olmaram, yenə edərəm. Bir arzum var idi, ona çatmaq üçün uçub Bakıya gəlmişdim. Mərhəmət hissi oldu ki, onu bağışladım. Bağışlamasaydım, 3-5 il yatacaqdım. Məndən sonra da gedib bir iş edib və həbs olunub".