"Oğlum, istəmədən ayrı düşdük"


Şou-biznes 12 Eki 2025 15:19:00 61 0

"Oğlum, istəmədən ayrı düşdük"

Müğənni Damla oğlu İbrahimi fotosonu paylaşıb.

Son.az xəbər verir ki, sənətçi ad günü olan övladını təbrik edib

Onun yanında ola bilməyən ifaçı bunları yazıb:

"Doğum günlərinin ən gözəl tərəfi birlikdə keçirilən zamandır. Amma biz istəmədən ayrı düşdük, oğlum. Bunu bilməyini istəyirəm ki, qəlbim səndən heç vaxt ayrılmadı. Sənin kimi övlada sahib olduğum üçün çox xoşbəxtəm. Doğum günün mübarək".

Qeyd edək ki, Damlanın uzun müddət oğlunu görə bilməməsinin səbəbi Amerika səfirliyinin ona viza verməməsidir.