Maykl Ceksonun “qoxulu” ləqəbi – Pop kralının gizli vərdişləri
Şou-biznes 12 Eki 2025 04:04:00 85 0
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun bəzi qeyri-adi məişət vərdişləri onun "Smelly" ("Qoxulu") ləqəbini qazanmasına səbəb olub.
Bu haberi de oku: "Kıskanmak"da daha bir aktrisa
Son.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı müğənni Layonel Riçi öz xatirə kitabı "Truly"də yazıb. Onun sözlərinə görə, Ceksonla yaxın dost olan Riçi bir müddət sonra müğənninin qəribə davranışlarının şahidi olub:
"Maykl sanki diqqətsiz bir professor idi. Eyni zamanda, uşaq kimi saf və impulsiv davranırdı", - deyə o qeyd edib.
Riçinin sözlərinə görə, tanınmış bəstəkar və prodüser Kvinsi Cons tez-tez Ceksona "Smelly" deyə müraciət edirmiş. Müğənni bu ləqəbi zarafatla qəbul etsə də, onun yaranma səbəbi bir qədər fərqli olub - Cekson bəzən günlərlə paltarını dəyişmir və ütüləmirdi.
"O, daim səfərlərdə olurdu, konsertlərdən konsertlərə qaçırdı. Buna görə də gündəlik məişət işlərinə, o cümlədən geyimlərinə diqqət yetirməyə vaxt tapmırdı", - Riçi əlavə edib.