Cabir son vaxtlar buna görə


Şou-biznes 12 Eki 2025 12:24:00 82 0

Cabir son vaxtlar buna görə

Əməkdar artist Dilarə Əliyeva "Astar"ın Yutub layihəsində mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.

Son.az xəbər verir ki, onun sözlərinə görə, Cabir İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib.

"Onu hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm:

"Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən, zarafatlar edirsən, deyib gülürsən, anlayan, anlamayan olur, götürüb paylaşırlar, sonra bunun altından yazanlar olur. Özümü onlara yem etmək istəmirəm".