Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib FOTO
Kriminal 08 Eki 2025 17:56:00 139 0
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.
Bu haberi de oku: Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"
Muğam gecəsində BMM-nin solistləri, Əməkdar artistlər Arzu Əliyeva, Səbuhi İbayev, Elnur Zeynalov, Bəyimxanım Vəliyeva xanəndələr Günay İmamverdiyeva, Elgiz Əliyev və Elşad Aydınoğlu çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəylinin musiqi əsərlərindən nümunələr, təsnif və xalq mahnıları səsləndirilib. Xanəndələri Beynəlxalq Muğam Mərkəzinin solistlərindən ibarət instrumental heyət müşayiət edib.
Kaynak: milli.az