Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verirlir
Kriminal 11 Eki 2025 15:57:00 84 0
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olaraq genişmiqyaslı "Balet günləri" layihəsinə start verir.
Bu haberi de oku: Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"
Tədbirin şüarı bilavasitə layihənin konsepsiyasının arxasında dayanan dərin məna daşıyır: "Hərəkətlə yazılan tarix".
Bu təşəbbüs tamaşaçılara akademik səhnə ilə daha yaxından tanış olmağa və sənətsevərləri baletin füsunkar dünyasında birləşdirməyə imkan verəcək.
Balet günləri oktyabrın 15-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun "Min bir gecə" tamaşası ilə açılacaq.
Oktyabrın 15-dən noyabrın 11-dək davam edəcək silsilə tədbirlərə aşağıdakılar daxildir:
- milli balet sənətinin ən parlaq əsərlərinin tamaşaları; - tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri; - elmi konfrans və ictimai müzakirələr. "Balet günləri" layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az