Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"


Kriminal 11 Eki 2025 17:43:00 94 0

Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"

"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ki, ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

O qeyd edib ki, Ramiz Quliyevin müalicəsi bu gün də reanimasiyada davam etdirilir.

"Ciyərləri tam olaraq funksiyalarını yerinə yetirməsi üçün isə şüurun tam bərpa olunması lazımdır ki, rahat nəfəs ala bilsin. Hələ ki, bunlar aparat vasitəsilə görülür. Ağciyərində virus azalmağa doğru gedir, ümumi nəticə yaxşıdır. Böyrəklər də yavaş-yavaş da olsa funksiyalarını bərpa edir. Günaşırı dializ olunur. Sonda məlum olacaq ki, böyrəklər üçün gələcəkdə nələr tələb olunur. Yəni daimi dializ də oluna bilər, dializ olunmaya da bilər.