Ad günündə lotoreyadan 626 min dollar uddu
Digərləri 19 Eyl 2025 22:00:00 72 0
ABŞ-ın Şimali Karolina ştatında yaşayan qadın doğum günündə gözlənilmədən cekpot qazanıb.
Bu haberi de oku: Məktəbə gedən bacıqardaşı maşın vurub öldürdü
Son.az-ın məlumatına görə qadın onlayn lotereyadan 626 min dollar udub.
Çelsi Karter adlı qadın 40 illik yubileyinə xüsusi hədiyyə etmək üçün şansını lotoreyada sınamağa qərar verib.
"Şok içində idim. Ərimə qışqıraraq dedim: 'Bax, mən 626 min dollar udmuşam!'. O isə sadəcə gülümsəyib gözlərini yumdu," - deyə Karter həmin anı xatırlayıb.
Amerikalı qadın bildirib ki, bu, həyatının ən böyük ad günü hədiyyəsidir. O, uduşun bir hissəsini investisiyalara yönəltməyi, digər hissəsini isə övladlarının hesablarına köçürməyi planlaşdırır.
İsmayıl Son.az