Səhər yeməyi yeməmək infartka yol açır Kardioloq


Digərləri 20 Eyl 2025 01:01:00 82 0

Səhər yeməyi yeməmək infartka yol açır  Kardioloq

Səhər yeməyini ötürmək ürək-damar sistemi üçün təhlükə yarada bilər.

Son.az xəbər verir ki, bu barədə kardioloq Kseniya Yeruslanova açıqlamasında bildirib.

Həkimin sözlərinə görə əgər insan vaxt azlığından və ya iş tələskənliyindən səhər yeməyini ötürürsə, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi yüksəlir:

"Bu qlükokortikoid hormon iltihabi prosesləri işə salır və aterosklerotik yığıntıların yaranmasını sürətləndirə bilər," - deyə Yeruslanova bildirib. Onun sözlərinə görə, bu hal uzunmüddətli perspektivdə damar problemlərinə, infarkt və insult riskinin artmasına səbəb ola bilər.