Sabunçuda yağışın yaratdığı acınacaqlı vəziyyət


Digərləri 19 Eyl 2025 23:42:00 67 0

Sabunçuda yağışın yaratdığı acınacaqlı vəziyyət

Gölə bənzəsə də, göl deyil...

Son.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzi küçələrinin birindən  gedir. Son günlər yağan yağışın yaratdığı bu vəziyyət səbəbindən bu küçədən piyada keçmək mümkün deyil.

Heç maşınlar da keçə bilmir. Yığılan su çox, yoldakı çökək isə o qədər dərindir ki, bir çox nəqliyyat vasitəsi gəldiyi yolu geri qayıdır.

Yavər Əliyev küçəsinin sakinləri deyirlər ki, yaranmış bu vəziyyət səbəbindən maşınlar yolda qalır.

Sakinlər deyirlər ki, uşaqlarımız təhsildən geri qalır. Məktəbdə oxuyanımız, universitetə gedən gənclərimiz var, hamısı bu səbəbdən dərsdən qalır.


Habere ait fotoğraflar