Putinə “yox” deyən məmur vəzifədən getdi


Digərləri 19 Eyl 2025 14:28:00 59 0

Putinə “yox” deyən məmur vəzifədən getdi

Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa verib.

Son.az xəbər verir ki, Prezidentin mətbuat katibi Dmitri Peskov onun vəzifədən könüllü şəkildə getdiyini və istefasının qəbul edildiyini bildirib. Lakin hələlik rəsmi fərman imzalanmayıb.

1958-ci ildə Ukraynada anadan olan Kozak müxtəlif yüksək vəzifələrdə çalışıb, o cümlədən baş nazirin müavini və Prezidentin səlahiyyətli nümayəndəsi olub. 2020-ci ildən Prezident Administrasiyasının rəhbər müavini idi.