Firad Əliyevə yüksək vəzifə verildi


Digərləri 19 Eyl 2025 15:22:00 81 0

Firad Əliyevə yüksək vəzifə verildi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev tutduğu vəzifədən azad olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, yeni Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin edilir və bu prosesslər davamlı hal alıb.