“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq
Digərləri 28 Ağu 2025 00:13:00 89 0
"ChatGPT" neyroşəbəkəsinin sahibi "OpenAI" şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.
Bu haberi de oku: Bu mağaza BAĞLANDI
Son.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb.
Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının "ChatGPT"ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.
Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək.
Kaynak: milli.az