Xəzər dənizi üçün ciddi təhlükə: Tədbir görülməlidir
Digərləri 27 Ağu 2025 22:52:00 76 0
Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb.
Bu haberi de oku: Bakıda bu ərazilərdə qaz olmayacaq
Bəs Xəzər dənizinin belə qurumağa davam etməsi hansı problemlər yarada bilər?
Məsələni News24.az-a şərh edən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu proses birbaşa Xəzərin özü ilə deyil, xarici təbii amillərlə əlaqədardır.
"Kənardan gələn hava axınlarının təsiri mühüm rol oynayır. Xəzər dənizi təqribən 4 milyon kvadratkilometrlik ərazidən qidalanır. Yəni, əsasən çayların gətirdiyi sular hesabına dolur. Bu suyun 80-85 faizi Ural və Volqa çaylarının payına düşür. Qalan hissə isə nisbətən kiçikhəcmli çaylardan gəlir. Əgər həmin çayların mənbə ərazilərində iqlim problemləri yaranırsa, bu, birbaşa Xəzərə təsir edir".
Ənvər Əliyev qeyd edib ki, hazırda həmin regionlarda ciddi quraqlıqlar müşahidə olunur: