Türkiyədə də zəlzələ oldu


Digərləri 27 Ağu 2025 10:41:00 59 0

Türkiyədə də zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu gün səhər saatlarında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az xəbər verir ki, Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat verib ki, yeraltı təkanlar saat 05:46-da, 10,1 kilometr dərinlikdə baş verib. Zəlzələ yalnız Balıkəsirdə deyil, ətraf vilayətlərdə də hiss olunaraq əhalidə panikaya səbəb olub.

Hazırda dağıntı və ya tələfat barədə rəsmi məlumat verilməyib. AFAD və yerli qurumlar vəziyyəti izləməyə davam edir.


Habere ait fotoğraflar