Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb


Digərləri 19 Ağu 2025 09:06:00 76 0

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Son.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.