Körpələr arasında ən çox bu xəstəliklərə rast gəlinir
Digərləri 19 Ağu 2025 04:04:00 73 0
Keçən il Azərbaycanda bir yaşa qədər körpələr arasında ən çox tənəffüs orqanları xəstəliklərinə rast gəlinib.
Bu haberi de oku: Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? ARAŞDIRMA
Son.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici hər min körpəyə 289,7 nəfər təşkil edib.
Həmçinin, hər min körpədən 94,6-sı sinir sistemi və hissiyyat orqanlarının, 65,9-u isə yoluxucu və parazitar xəstəliklərin təsirinə məruz qalıb.
2024-cü ildə bir yaşı tamam olan uşaqlarda da ən çox rast gəlinən xəstəliklər tənəffüs (hər min nəfərə 30,8) və sinir sistemi ilə hissiyyat orqanları (hər min nəfərə 10,1) xəstəlikləri olub.
Asya Son.az