Türkiyə bu tarixlərdə "qovrulacaq" Azərbaycanda da 55° isti gözlənilirmi?


Digərləri 10 Ağu 2025 09:13:00 77 0

Türkiyə bu tarixlərdə "qovrulacaq"  Azərbaycanda da 55° isti gözlənilirmi?

Türkiyə Afrikadan gələn yeni "Eyyam-ı Bahur" isti hava dalğasının təsiri altına girir.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, 20 avqusta qədər davam edəcək bu istilər zamanı Adanada 46°C, rütubətlə birlikdə hiss edilən temperaturun 55°C-yə çatacağı gözlənilir.

Egey və Aralıq dənizi bölgələrində 40°C-dən, Cənub-şərq bölgələrində isə 45°C-dən yuxarı istilər proqnozlaşdırılır.

Adanada rekord istilik ola bilər

Xüsusilə cənub vilayətlərində temperaturun mövsüm normalarını xeyli keçəcəyi gözlənilir. Adanada şənbə günü 46°C, rütubətlə birlikdə isə 50-55°C civarında hiss edilən temperatur olacağı proqnozlaşdırılır. Qeyd edək ki, 1929-cu ildə ölçülən 45,7°C-lik istilik rekordunun bu həftəsonu qırılması ehtimalı var.

Egey və Aralıq dənizi bölgələri "qovrulacaq"

Egey bölgəsində:

Aydın - 43°C Dənizli - 42°C Manisa - 41°C

Aralıq dənizi bölgəsində:

Antalya - 41°C

Cənub-şərqi Anadolu bölgəsində:

Şırnak və Cizrə - 45°C-dən yüksək