Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq


Digərləri 10 Ağu 2025 08:08:00 75 0

Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq

Diş fırçasını islatmaq çox insanın gündəlik vərdişidir, amma mütəxəssislər bunun doğru olmadığını bildirirlər.

Son.az xəbər verir ki, səbəb isə bakteriyaların yaş mühitdə daha sürətlə çoxalmasıdır. Quru diş fırçası üzərində bakteriyalar daha az yaşayır və çoxalmır. Fırçanı islatdıqda isə nəmli mühit yaranır ki, bu da bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Bundan əlavə, isladılmış diş fırçası ilə təmizləmə zamanı pastanın köpürməsi azalır və fırçalama effektini zəiflədə bilər.

Diş həkimləri diş fırçasını istifadə etməzdən əvvəl islatmamağı, istifadə etdikdən sonra isə yaxşıca qurudub quru yerdə saxlamayı tövsiyə edir.

Bu sadə məsləhət diş sağlamlığını qorumaq və ağızda bakteriyaların çoxalmasının qarşısını almaq üçün önəmlidir.

Fidan Son.az