Bir qaşığı tərdən saralmış geyimləri qar kimi AĞARDIR


Digərləri 09 Ağu 2025 04:04:00 74 0

Bir qaşığı tərdən saralmış geyimləri qar kimi AĞARDIR

Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. Lakin zaman keçdikcə, xüsusilə qolaltı və yaxa bölgələrində əmələ gələn tər ləkələri geyimlərin saralmasına və solğun görünməsinə səbəb olur.

Son.az bildirir ki, bu, həm estetik cəhətdən narahatlıq yarada bilər, həm də geyimlərin ömrünü qısalda bilər. Xoşbəxtlikdən, bahalı yuyucu vasitələrə və kimyəvi maddələrə müraciət etmədən, evdə olan sadə məhsullarla geyimlərə yenidən qar kimi ağlıq bəxş etmək mümkündür.

Əksər insanlar paltaryuyan maşında yuma zamanı yalnız yuyucu vasitənin kifayət etdiyini düşünsə də, bəzi kiçik toxunuşlar böyük fərqlər yarada bilər. Budur, sadəcə 1 qaşıq əlavə etməklə tər ləkələrini yox edən və paltarları ilk günkü kimi ağ göstərən təbii üsul!

Təbii və effektiv təmizlik yolu: Karbonat

Paltaryuyan maşının yuyucu gözüna 1 yemək qaşığı karbonat əlavə etmək, tər ləkələrini təmizləməkdə son dərəcə təsirli üsuldur.

Karbonatın təbii təmizləyici xüsusiyyəti sayəsində parçada yaranan saralmaları aradan qaldırır, eyni zamanda geyimlərin toxumasına da zərər vermir. Həmçinin, pis qoxuları neytrallaşdıraraq paltarların daha təravətli qoxmasına kömək edir. Bu üsul, xüsusilə ağ köynək və futbolkalardakı inadkar saralmalar üçün çox uyğundur.

Effekti gücləndirmək üçün sirkəylə kombinasiya