Qəhvə ilə bağlı deyilənlər mif imiş


Digərləri 08 Ağu 2025 07:07:00 50 0

Qəhvə ilə bağlı deyilənlər mif imiş

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib.

Son.az xəbər verir ki, İspaniyanın La Razon nəşrinə danışan kardioloq Aurelio Roxas bu fikirin doğru olmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə aparılan tədqiqatlar qəhvə istehlakının demensiya (ağıl zəifləməsi) və idrak funksiyalarının azalması riskini azaldığını göstərib, lakin qan təzyiqinin yüksəlməsi ilə əlaqəsi tapılmayıb.

"Qəhvə mərkəzi sinir sistemini stimullaşdıran güclü maddədir. Ona görə də içəndən sonra insan özünü daha enerjili hiss edir, diqqəti artır və zehni yorğunluq azalır. Lakin bu təsirlər yalnız qəhvə normadan artıq qəbul edilmədikdə olur", - deyə Roxas bildirib.