ABŞdə hərbi bazada atışma oldu Yaralılar var


Dünya 06 Ağu 2025 21:30:00 77 0

ABŞdə hərbi bazada atışma oldu  Yaralılar var

ABŞ-nin Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində hərbi obyekt qismən bağlanıb.

"Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik", - deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında baş verən silahlı insident nəticəsində beş hərbçi yaralanıb.