Dünyada çimərliklər eroziya təhlükəsi ilə üzüzədir


Dünya 06 Ağu 2025 16:24:00 64 0

Dünyada çimərliklər eroziya təhlükəsi ilə üzüzədir

Dünyanın müxtəlif bölgələrindəki çimərliklər sahil xəttinin eroziyası və qumun yuyulması səbəbindən ciddi təhlükə altındadır. 

Son.az xəbər verir ki, Mayami, Barselona və Avstraliyanın Qızıl Sahili kimi ərazilərdə yerli hakimiyyətlər eroziyaya qarşı mübarizə yolları axtarır.

Eroziyanın səbəbləri arasında dəniz səviyyəsinin qalxması, fırtınalar və təbii amillər var. Qarşısını almaq üçün sahilə süni qum gətirilir, lakin bu proses bahalaşır və quma tələbat artır.