Polşa Gürcüstan və Ermənistan üçün vizasız girişi məhdudlaşdıra bilər
Dünya 06 Ağu 2025 16:48:00 73 0
Polşa bəzi ölkələrin vətəndaşları üçün vizasız girişi məhdudlaşdıra bilər.
Bu haberi de oku: Tramp yeni seçkilər üçün əsas namizədi açıqladı O, öndədir
Son.az xəbər verir ki, Polşa baş naziri Donald Tusk bildirib ki, Gürcüstan, Ermənistan, Kolumbiya və Venesuela vətəndaşları üçün Şengen zonasına vizasız giriş qaydalarının məhdudlaşdırılması müzakirə olunur. Bu açıqlama 2024-cü ilin mayında Varşavada baş verən yanğınla bağlı aparılan istintaq fonunda verilib.
Araşdırmada saxlanılan Kolumbiya vətəndaşının Rusiya kəşfiyyatı adından hərəkət etdiyi müəyyən olunub. Tusk qeyd edib ki, keçmiş SSRİ ölkələrinin vətəndaşları Rusiya xüsusi xidmət orqanlarının təsirinə daha həssasdır.
İyulun 29-da isə Polşa hökuməti Rusiya kəşfiyyatı ilə əlaqəli 32 nəfərin həbs olunduğunu açıqlamışdı.
Asya Son.az