Sabah çimərlikdə hava necə olacaq?
Digərləri 05 Ağu 2025 17:00:00 89 0
Abşeron çimərliklərində avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu haberi de oku: Plastik butulkalardan suya hansı maddələr keçir?
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.
Kaynak: milli.az