ABŞ və İsveçrə arasında nə baş verir?


Dünya 04 Ağu 2025 17:42:00 74 0

ABŞ və İsveçrə arasında nə baş verir?

İsveçrə Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter ilə ABŞ Prezidenti Donald Tramp arasında iyulun 31-də baş tutan telefon danışığı çox gərgin keçib.

Bu haberi de oku: Trampı kim dayandıracaq?

Son.az xəbər verir ki, İsveçrə ABŞ-yə 150 milyard dollar sərmayə qoymaq müqabilində Vaşinqtonun 10% tarifinə razılıq verməyə hazır olsa da, Tramp bu tarifin yetərsiz olduğunu bildirib.

Amerika lideri əsasən İsveçrənin ABŞ ilə 39 milyard dollarlıq ticarət kəsirinə diqqət çəkərək, Keller-Satterin arqumentlərini qəbul etməyib. Məlumatlara görə, söhbət çox sərt və qarşılıqlı anlaşılmazlıqla yadda qalıb.