Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı
Şou-biznes 02 Ağu 2025 10:00:00 72 0
Amerikalı müğənni və model Paris Cekson nişanlısı, prodüser Castin Lonq ilə ayrılıq şayiələrini təsdiqləyib.
Bu haberi de oku: Boşanıb yenidən evləndilər
Son.az xəbər verir ki, nişanlarının pozulmasından cəmi altı ay sonra Paris bu xəbəri şəxsi X (keçmiş Twitter) bloqunda paylaşıb.
Son zamanlar onu göz yaşları içində göstərən paparatsi fotolarına münasibət bildirən Paris şəxsi həyatında dəyişikliklər baş verdiyini açıqlayıb:
"Bunlar ayrılığın göz yaşları idi", - deyə qısa şəkildə yazıb.
Paris və Castin altı ay nişanlı olublar. Onların münasibəti 2022-ci ildə başlayıb və bir neçə il sonra, dekabr ayında nişanlandıqlarını elan ediblər.
O vaxt Paris Lonqu "mükəmməl kişi" və "həyatımda baş verən ən yaxşı şey" adlandırmışdı.
Hətta gəlinlik paltarını seçdiyini, toy məkanını müəyyənləşdirdiyini və mərasim tarixini seçmək üçün astroloqdan kömək aldığını da etiraf etmişdi.
Lakin görünür, bu cütlüyün evliliyi qismət olmayıb. Onlar ayrılıb və hələlik bu qərarın səbəbləri barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.
Cütlüyə yaxın mənbələrin bildirdiyinə görə, bu, qarşılıqlı və çətin bir qərar olub.