“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!
Şou-biznes 01 Ağu 2025 11:00:00 94 0
CineMastercard Milli Kino gününü qeyd etməyə dəvət edir - Azərbaycan filmləri xüsusi qiymətlə!
Bu haberi de oku: "Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm"
Bakı, 1 avqust: 2 avqust - Milli Kino Günü münasibətilə CineMastercard kinoteatrında xüsusi təklif olacaq: bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə! Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir.
Aksiya yalnız bir gün - 2 avqust 2025-ci il tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir.
Proqramda:
"Tağıyev: Çar" - Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib.
Rejissor: Zaur Qasımlı.
Rollarda: Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfərov, Elşən Rüstəmov, Natəvan Hacıyeva, Sanan Əlləz. "Qapı" - Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər.
Rejissor: Vüsal Əhmədzadə.