Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı


Şou-biznes 01 Ağu 2025 00:29:00 101 0

Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

1990-cı illərdə Fransada konsert zamanı mərhum pop ulduzu Maykl Ceksonun geyindiyi parıltılı corab, Fransada keçirilən hərracda 8.000 dollardan çox məbləğə satılıb. "Pop musiqisinin kralı" 1997-ci ildəki "HIStory World Tour" dünya turu zamanı parlaq daşlarla bəzədilmiş ağ idman corabları geyinib.

Fransız hərracçısı Aurore Illynin AFP-yə verdiyi məlumata görə, kristal bəzəkli bu corab 1997-ci ilin iyulunda Nimes şəhərindəki konsertdən sonra, Ceksonun geyim otağının yaxınlığında bir texniki işçi tərəfindən tapılıb.

Hərracı təşkil edənlər corabı "kult əşya" kimi xarakterizə edib. Bu satış, məşhur musiqiçilərə aid əşyaların nümayiş olunduğu bir tədbirin tərkib hissəsi olub.

Mütəxəssis saytı interencheres.coma görə, Maykl Cekson 1997-ci ildəki tur zamanı parlaq daşlarla bəzədilmiş ağ idman corabları geyinib və onu "Billie Jean" mahnısını ifa etdiyi videolarda həmin corablarla görmək mümkündür.

Eyni zamanda, Ceksonun müxtəlif corabları 2009-cu ildə Çilinin Santyaqo şəhərindəki Moda Muzeyində sərgilənmişdi. Lalə Qüdrətova Son.az