Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR Sedat Pekerin adı qarışdı


Şou-biznes 01 Ağu 2025 13:29:00 81 0

Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR   Sedat Pekerin adı qarışdı

Xəbər verdiyimiz kimi, Bakıya konsert vermək üçün  gələn türkiyəli müğənni Rza Tamerin səhnəyə çıxmamaq qərarı sosial mediada geniş müzakirələr yaratmışdı.

Son.az xəbər verir ki, sənətçi buna səbəb kimi Türkiyə lirəsinin qəbul edilməməsini göstərmişdi. Konsert qonararını ödənişinin dollarla olmasına etiraz etmişdi.

Ölkəni tərk edən ifaçı Sedat Pekerin adını çəkərək baş verənlərə görə ondan üzr istəyib. Onun bu addımı Azərbaycanda və Türkiyədə birmənalı qarşılanmayıb. Rzanın qərarı Bakıda yaşayan türkiyəli sənətçiləri də özündən çıxarıb. 

Rza Tamer bunları deyib:

"Dəyərli Sedat qardaş, Turana xidmət edən hər kəsə böyük hörmətimiz var, əllərindən öpürəm. Azərbaycanda ləğv etdiyim konsert məkanı sənə məxsus imiş, bizə belə dedilər. Mən azərbaycanlılara qarşı heç bir hörmətsizlik etməmişəm. Mənə ad günü üçün iki mahnı oxumaq qarşılığında 50 min dollar (85 min manat) qonorar veriləcəyi deyildi, biz qəbul etmədik, həmin oteldən çıxıb başqa yerə getdik. Orada da türk lirəsinin qəbul edilmədiyini gördükdən sonra ölkəmizə qayıtdıq".