Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi
Şou-biznes 31 Tem 2025 16:45:00 65 0
Bu gün Bakının məşhur restoranlarından birində səhnəyə çıxması planlaşdırılan türkiyəli müğənni Rza Tamer çıxışdan imtina edib.
Bu haberi de oku: "Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm"
Son.az xəbər verir ki, bu barədə sənətçinin sosial şəbəkələrdə paylaşdığı videoaçıqlamada məlumat verilib.
Rza Tamer konserti ləğv etməsinin əsas səbəbi kimi Azərbaycanda Türkiyə lirəsinin keçərli olmamasını göstərib:
"Bu gün Azərbaycanda konsertimiz olmalı idi. Bir gün öncədən gəzmək üçün Bakıya gəldim. Məkanla bağlı heç bir problem yoxdur, çox gözəl qarşıladılar, insanlar möhtəşəmdir. Amma konserti ləğv etmək məcburiyyətində qaldıq. Mən türk lirəsinin keçmədiyi ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbləşməyin, anlayışla qarşılayın".
Müğənninin bu fikirləri izləyicilər arasında geniş müzakirə və tənqidə səbəb olub. Bir çoxları onun açıqlamasını qeyri-peşəkar və əsassız hesab ediblər.
Məsələ ilə bağlı konsertin baş tutacağı restoranla əlaqə saxlanılıb. Restorandan bildirilib ki, Rza Tamer ötən gün Bakıya gəlib, bu gün isə qəfil şəkildə Türkiyəyə qayıdıb: