Tanınmış aparıcı zəlzələ vaxtı Kamçatkada imiş FOTO
Şou-biznes 30 Tem 2025 16:00:00 114 0
"Kanal Bir"də yayımlanan məşhur "Kişi/Qadın" tok-şousunun aparıcısı Yuliya Baranovskaya Kamçatkada zəlzələyə düşdüyünü bildirib.
Bu haberi de oku: "Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm"
Son.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.
Baranovskaya qeyd edib ki, o və övladları Kamçatkada olduqları müddət ərzində dənizdə rabitəsiz vəziyyətdə qalıblar. Zəlzələ onları limana qayıdarkən yaxalayıb. Aparıcı əvvəlcə qeyri-adi titrəyişləri gəminin pərlərində nasazlıq kimi dəyərləndirib, lakin sahildəki qayalıqlardan daşların qopduğunu görəndə vəziyyəti anlayıb.
"O qədər güclü silkələndi ki, sahildəki bütün qayalar dağılmağa başladı. Gurultu vardı, daşlar qopub düşürdü. (...) Biz rabitəsiz qalmışdıq, bilmirdik episentr haradır, şəhərdə nə baş verib, ya da quruda olan insanlara nə olub," - deyə Baranovskaya əlavə edib.