Sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırıldı
Digərləri 29 Tem 2025 12:13:00 125 0
Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.
Bu haberi de oku: Bu bürclər üçün avqust çox çətin keçəcək
Son.az report.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.
Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.
Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.