Alim Qasımov qızını Nigar Camaldan müdafiə etdi
Şou-biznes 28 Tem 2025 23:43:00 85 0
Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə Nigar Camalın arasında baş vermiş qalmaqala münasibət bildirib.
Bu haberi de oku: Həkim üzgözünü pis günə qoydu, pulunu da qaytarmadı
Xalq artisti Teleqraf-a açıqlamasında müğənni Nigar Camaldan bu reaksiyanı gözləmədiyini deyib.
Onun sözlərinə görə, qızı barədə Nigar Camalın ittihamı səhvdir: "Nigar Camaldan belə bir səhv gözləməzdim. Əslində, hamımız müəyyən kölgələrin altındayıq. Bu dünyada hər şeyin bir səbəbkarı var. Əgər səbəbkar olmasa, Allah da bizə yardım etməz. Hamımız ustadlarımızdan, böyük sənətkarlardan dərs almışıq.
Bəziləri kiminsə kölgəsində qalıb, bəziləri isə həmin kölgədən çıxmağı bacarıb. Şükürlər olsun ki, Fərqanə Qasımova kölgədə qalmayıb. Onun solo konsertləri olub, özü isə çox istedadlı bir sənətçidir. Xahiş edirik ki, bu məsələdən qalmaqal düzəldilməsin".
Qeyd edək ki, 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal baş verib.