Sərdar Tarkandan üzr istəyəcək
Şou-biznes 27 Tem 2025 22:45:00 69 0
Türkiyəli müğənni Sərdar Ortaç yaxın günlərdə həmkarı Tarkanla bağlı dediyi sözlərə görə üzr istəyəcəyini bildirib.
Bu haberi de oku: Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü FOTO
Son.az xəbər verir ki, bu barədə Sərdar Ortaç sosial media canlı yayımında danışıb. O qeyd edib ki, Tarkanı sevdiyini və onunla illərdir küsülü qalmaq istəmədiyini anlayıb. Müğənni əvvəlcə emosiyalarla hərəkət etdiyini, lakin sonradan bunun doğru olmadığını düşündüyünü etiraf edib.
"Əslində onu çox sevirəm. Biz eyni dövrün sənətçiləriyik, bir-birimizi həmişə dəstəkləməliyik. Tarkan istedadlı və uğurlu sənətçidir. Mən də ona qarşı dediyim sözlərə görə peşmanam və üzr istəyəcəm," - deyə Ortaç bildirib.