Fərqanə tənqid etdi, Nigar partladı: “Mən heç kimin kölgəsində böyüməmişəm”
Şou-biznes 28 Tem 2025 20:49:00 78 0
Müğənni Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasından qara pişik keçib.
Bu haberi de oku: Balaəliylə foto çəkdirmək üçün çimərlikdə "növbəyə düzüldülər" VİDEO
Son.az xəbər verir ki, Fərqanə Qasımovanın "Dream Fest"ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi ilə gündəm olub.
Muğam ifaçısı Nigarın bodili fotosuna "Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır" rəyini yazıb.
N. Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib: "Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.