Onlara əsgərlikdən möhlət hüququ veriləcək
Digərləri 28 Tem 2025 14:42:00 95 0
Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.
Bu haberi de oku: Şəhidin son əmanəti illər sonra ailəsinə təhvil verildi
Son.az modern.az-a istinadən xəbər verir ki, bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 21.1.2-ci maddəsində əksini tapıb.
Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.