“İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək


Digərləri 25 Tem 2025 12:44:00 107 0

“İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək

Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.

Son.az modern.az-a istinadən xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin "Yüksel Proje" şirkəti tərəfindən icra ediləcək.

Qeyd edək ki, ötən gün şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.