"Baza"nın baş redaktoru və prodüseri saxlanıldı Bunda ittiham olunurlar


Digərləri 23 Tem 2025 16:52:00 84 0

"Baza"nın baş redaktoru və prodüseri saxlanıldı  Bunda ittiham olunurlar

İstintaq Komitəsi "Baza" Telegram kanalının baş redaktoru və prodüserinə qarşı ittiham irəli sürüb. Onlar bir qrup şəxsə külli miqdarda rüşvət verməkdə ittiham olunurlar. 

Son.az xəbər verir ki, İstintaq Komitəsi "Baza Telegram" kanalının baş redaktoru Qleb Trifonov və prodüser Tatyana Lukyanovaya qarşı rəsmi ittiham irəli sürüb. Onlar bir qrup şəxsə külli miqdarda rüşvət verməkdə ittiham olunurlar.

İstintaq təqsirlərini etiraf etməyən hər iki təqsirləndirilən şəxsin həbsi ilə bağlı artıq məhkəməyə vəsatət verib.

İstintaq Komitəsi hesab edir ki, Trifonovun Krasnodar, Krasnoyarsk diyarı və Belqorod vilayətinin polis əməkdaşlarına məlumat müqabilində rüşvət verilməsində əli var.

"Onlar internet mesencerlər vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından fövqəladə vəziyyət və onun nəticələri barədə məlumat alıblar, sonra isə pulu köçürüblər", - deyə mənbə bildirib.