"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ


Digərləri 23 Tem 2025 15:25:00 98 0

"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ

42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili vəsatət verərək mülki iddianın artırılmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Digər müdafiəçi tərəf şahidlərin çağırılması ilə bağlı vəsatətlərin təmin olunmadığını deyib və həmin şəxslərin məhkəmə iclasına çağırılmasını xahiş edib.

Vəsatət təmin olunmayıb.     Prosesdə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxsin müdafiə tərəfi iştirak etmədiyi üçün proses təxirə salınıb. 

Növbəti proses iyulun 30-na təxirə salınıb.