Elvin Şükürov Rusiyada saxlanıldı


Digərləri 23 Tem 2025 10:58:00 68 0

Elvin Şükürov Rusiyada saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı əsilli iş adamı Elvin Şükürov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Son.az xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.

Aparılmış istintaq hərəkətləri nəticəsində Şükürovun barəsində həbs qətimkan tədbiri seçilib.