Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri
Digərləri 18 Tem 2025 10:30:00 74 0
Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik bölgələrindən biridir. Uzun illər işğal altında qalan bu gözəl diyarda indi azadlıq və bərpa dövrü başlayıb. İşğaldan azad edildikdən sonra Kəlbəcər öz əsl simasına qayıdır, təbiəti isə yenidən nəfəs alır.
Bu haberi de oku: Kamran Əliyev Qusara yeni prokuror təyin etdi
Bu videoda siz Kəlbəcərin ən məşhur təbii incilərindən olan Ala göllərinin möhtəşəm mənzərələrini izləyə bilərsiniz. Təmiz sular, dağların təmiz havası və nağıl kimi görünən təbiət mənzərələri hər kəsi valeh edir. Bu görüntülər Azərbaycan torpaqlarının necə zəngin və gözəl olduğunu bir daha sübut edir.
Kəlbəcərin azadlığı ilə bərabər bölgədə təbiətin bərpası və turizmin inkişafı üçün yeni imkanlar yaranır. Bu video Kəlbəcərin bu möhtəşəm guşəsini kəşf etmək və Azərbaycanın tarixi zəfərini hiss etmək üçün gözəl fürsətdir.
Kənan Son.az